Maili istiqamətlənmiş qazma

Məqsədimiz quyuların qazılmasına çəkilən xərcləri azaltmaq üçün kreativ həllər tapmaqdır.

Maili istiqamətlənmiş qazma quyu lüləsinin şaquli oxdan planlı şəkildə yönləndirilməsidir. Hədəf məhsuldar zona quyuağzının altında deyil, ondan yüzlərlə metr kənarda yerləşəndə — yaxud səthdəki şərait (dəniz, yaşayış massivi, mühafizə olunan ərazi) həmin nöqtədə qazma meydançası qurmağa imkan verməyəndə — quyu hədəfə idarə olunan trayektoriya ilə çatdırılır.

Trayektoriya qazma məhlulu mühərriki və əyilmiş keçid, yaxud fırlanan yönləndirmə sistemi ilə formalaşdırılır. Quyunun meyl bucağı və azimutu MWD telemetriyası ilə real vaxt rejimində səthə ötürülür, ölçmə hər nöqtədə layihə trayektoriyası ilə tutuşdurulur və sapma yaranan kimi düzəliş verilir.

Planlaşdırma mərhələsində qonşu quyularla toqquşmanın qarşısının alınması (anti-collision), icazə verilən əyrilik intensivliyi (dogleg severity), qazma kəmərinə düşən yük və məhlulun sirkulyasiya rejimi hesablanır. Bu hesablamalar qazma zamanı yenilənən quyu ölçmələri ilə davamlı olaraq yoxlanılır.

Sahəyə istiqamətləndirici mühəndis və MWD operatoru təyin olunur, avadanlıq və ehtiyat komplektlər EWD tərəfindən təchiz edilir. Hər növbə üzrə qazma parametrləri, ölçmə nöqtələri və faktiki trayektoriya sifarişçiyə hesabat şəklində təqdim edilir.

Layihəniz var? Gəlin enerjinin gələcəyini birlikdə quraq

Xidmətlər